Bir qızın dostu atası olsun gərək!
No ratings yet · 9 views
Azyaşlı qızdır oyuncağı yox,
Qorxuyla dolan baxışları çox.
Bir küncdə susar, titrəyər əli,
Ümidə həsrətdir onun ürəyi.
Biri deyir ki, istəyib özü,
Bəzisi deyir: 'Bu təcavüzü..!'
Bəs haqq hanı, hanı ədalət?!
Bir qızın qəlbində sönüb səadət.
Atalar, analar, siz də 'günahsız',
Qaralar durmadan uşaq qəlbini.
Qaranlıq yolları nurlandırsanız,
Qoruyar haqqını, saf gələcəyi.