Şeir Unutmaz

ravanvalizada | Şeir | 2026-01-22

⭐ 5.0  ·  6 views

İnsan unudar, izləri silinər küçələrdən,
Səsi itər, gedib qayıtmaz dərələrdən.
Bir şəkil saralar, toz basar rəflərdə,
Adlar da unudular köhnə dəftərlərdə.
 
İnsan unudar, çiçəklər də solar,
Vaxt axıb gedər, illər də yorular.
Bir gözyaşı düşər, bir ulduz da
Sirlər də unudular, deyilən kəlam da.
 
Amma şeir unutmaz, hər söz bir nağıl,
Bir nəğmə tək yenə qayıdar geri.
İçimdə qalan o alovlu nəğmə,
Hər gecə yenidən yanar, sönməyir hələ.
 
Şeir unutmaz, mən yanarkən,
Sadəcə küllərim qalırdı orda,
Sən isə gəlib, qoxusunu suçladın,
Oysa, mən heç nəyi unutmadım..
@Ravan Vali
eladı
← Back