Adsız şeir
No ratings yet · 6 views
Dolanıram cansız ruhumla, küçələrdə tək,
Bir-birini izləyən addımlarımla.
Baxıram, ölü gözlərimlə, dənizlərə tək,
Dalğalar da susur cavablarımla.
Gəzirəm soyuq fikirlərlə, məzarlıqda tək,
Hər küncdə bir iz, hər izdə bir an.
Qalıbdır qəlbimdə bircə niyyət, bircə istək
Bütün gözəlliklər, sonda isə qan.
Bir cüt gözə vuruldum,
O imiş qaranlığımda işıq yaradan.
Bir gülüş duydum,
O imiş yoxluğumdan sevgi yaradan.
Yalnızlıq bitərsə, sevgiylə dolsun,
Bütün dünyam, o gözlərin olsun.
Ömrüm yetərsə, son anım da olsun.
O gözlər, o gülüşlər... tək mənim olsun.