Eşq nədir ki, həsrətindən fəraq doğar, ey könül?

ravanvalizada | Məsnəvi | 2026-01-22

No ratings yet  ·  15 views

Eşq nədir ki, həsrətindən fəraq doğar, ey könül?
Nə dərddir ki, ömrə yükdür, fəryad eylər, ey könül?
 
Sevda elə bir sirdir ki, duman örtər, kölgə olar,
Fəqət bir gün Qəmər doğar, ulduz ölər, şölə olar.
 
Könül niyə kədər içrə yol alır ki, ey bülbüli-şeyda?
Fələyin gərdişi sərt, niyə qəhr eylər, ey bülbüli-şeyda?
 
Bəzən bulud, bəzən çiskin, eşqi gizlər, hüzn qılar,
Fəqət bir gün Şəms doğar, sıla gizlər, vəfa qılar.
 
Ey Vəli, duy ürək səsin, bu yol təkcə hicrandır,
Dərd yandırar içimi, ayrılıqda qəlbim virandır...
← Back