Səkkizinci not
No ratings yet · 7 views
Yeddisi səslənirdi həzin bir tonda
Səkkizinci bəs, unudulubmu o da?
Kimlər ötürürdü nəsillərə onu,
Xatırlayan varmı səsin tonunu?
Bəlkə də səssizliyin özü bir hayqırış,
Bülbülə vurulmuş, inciyə sarılmış,
Susqun danışanlar, yarım qalan sözlər,
Hər kəs onu duymaq istər, onu gözlər.
O notu eşidən bihuş olurdu,
Sanki bu dünya sükut dolurdu,
Yaşarkən susanlar, yaşarkən unudanlar,
Cəhənnəm əzabına məhkum olanlar.
Bəlkə də o not, qartək bəyaz bir incidə,
Saxlaya ətrini, zərafətini çiçəklərində.
Unudulmayıb o, burda yaşayır,
Hər sətir, hər kəlmə səni qucaqlayır.
Oxuyursan, duyğulanırsan indi,
Səkkizinci not sənin hislərindi.
Cəh-cəh vurar sən susanda sərçətək,
Ya da ... qarğatək.