Heç

ravanvalizada | Şeir | 2026-01-22

No ratings yet  ·  6 views

Ruhumda bir xəyal: intihar və ölüm,
Bu gün fərqli oxuyur musiqisini külək.
Bəlkə məzarımda bəyaz inciçiçəyim
Axıdır göz yaşlarını gülümsəyərək:
“Heç sevilməyəcəksən sən...
Heç sevməyəcəksən sən...”
 
Dalğalar döyəcləyir, səssiz və qaranlıq,
Zaman durmuş; gecə ilə gündüz küsmüş.
Parlayır üfüqdə Venera, sevgi və yalnızlıq,
Rəqs edərkən Ay'ın kölgəsinə bürünmüş:
“Kaş ki heç doğulmasaydım mən...
Kaş ki heç sevməsəydim mən...”
 
Dənizqızları çağırır, əbədi bir zövqə
Əllərini uzadır, dərinlərə çəkmək üçün.
Qorxuyla gizlənərək, titrəyən bir kölgə,
Son bir vida, səssizcə qoyub getmək üçün:
"Artıq heç yalnız deyiləm mən...
Artıq heç qorxmuram mən..."
 
Son bir nəfəs bədənimdə, xəstə və yorğun,
Amma bu nəfəs belə mənə yad, saf və qorxaq
Dünya, məni unudan sevgili tək solğun
Yavaşca yaxınlaşır, hər kəsdən uzaqlaşaraq:
"Artıq unudulmusan sən...
Artıq bitib hər şey,
 
sonsuz bir hüzur içində gözlərini yumaraq..."
← Back