Sənsiz

ravanvalizada | Şeir | 2026-01-22

No ratings yet  ·  13 views

Sən baxanda unudaram mən məni,
Sənli bir an yetər silməyə kədəri, qəmi.
Sənsizliyə vermə, apar özünlə,
Sənsiz qalan bu sevda nə etsin məni?
 
Əllərin toxunsa qış da bahardı,
Adınla açılan inci elə yardadı,
Gözlərim yol çəkir, görən hardadı,
Sənsiz qalan bu sevda nə etsin məni?
 
Ümidim sən olan o son dua tək,
Sənsiz daralır bu dünya mənə, tək.
Sənsiz bir könül nə qədər dözər, tək?
Sənsiz qalan bu sevda nə etsin məni?
 
Sıx bir ormanda itirəm hər gün,
Dərin bir ümmanda batıram hər gün,
Issız bir səhrada ölürəm hər gün,
Sənsiz qalan bu sevda nə etsin məni?
 
Yollar danışır sənsiz addımımdan,
Könlüm xəbərsizdi artıq əhvalımdan.
Hər gecə səni soruşuram Tanrımdan,
Sənsiz qalan bu sevda nə etsin məni?
← Back