Giriftari-bəlayi-eşq

ravanvalizada | Şeir | 2026-02-28 13:07:39

⭐ 5.0  ·  39 views

Gözlərin bənzər idi bir cüt nuri-şəhlaya,
Gör necə heyran olub baxdım fani-dünyaya,
Vuruldum bir baxışla o hüsnü-müstəsnaya,
Bilməz idim bəlayi-eşqə giriftar olaram.
 
Könlümün mülkü xarab, bağü-gülüstanı xəzan,
Hicrin oduyla yanıb, cismim qalıbdır viran,
Taleyim qara yazılmış, bəxtim olubdur ziyan,
İstəməzdim bu sevdayla bəxtiyar olaram.
 
Zülfünün hər teli bir zənciri-zindan imiş,
Baxışın qəlbimə bir xəncəri-hicran imiş,
Sən demə eşq dediyin möhnəti-dərman imiş,
Söyləməzdim ki, axırda tarimar olaram.
 
Sən fələk tacı idin, mən də gəda qapında,
Canımı fəda qıldım eşqinin turabında,
Boğulmuşam indi qəm-kədər girdabında,
Bilməz idim bu qədər xarü-zar olaram.
 
Bihudə nalan etmə özünü, ey dil-əfkar,
Bu vəfasız aləmdə kim qalıb bəxtiyar?
Vəli yazdı bu dərdnaməni, qaldı bir ahü-zar,
Demədimmi fərağından belə bimar olaram?!
@Ravan Vali
əladır
← Back