Sirrimi bilən yağış

ravanvalizada | Şeir | 2026-02-26 17:30:39

No ratings yet  ·  9 views

Göy qaşını çatan zaman,
Yer bağrını yaran zaman,
Dərd sinəmdə yatan zaman,
Sirrimi yu apar, yağış!
 
Könül yandı, köz-köz oldu,
Ümid soldu, söz az oldu,
Yar getdi, iz toz oldu,
İzimi sil apar, yağış!
 
Dağ başında duman kimi,
Gözdən axan ümman kimi,
Ömrə düşən aman kimi,
Baxtımı yaz apar, yağış!
 
Daş ürəklər əriyərmi,
Sənsiz dərdim bitərmi,
Gecəm sübhə enərmi,
Zülmətimi yar apar, yağış!
 
Payıztək soldu bağım,
Adın oldu son sorağım,
Səndə qaldı hər sınağım,
Həsrətimi yu apar, yağış!
 
Vəli deyər, yanar könül,
Dözə-dözə sınar könül,
Bir damlanla dinər könül,
Dərdimi yu apar, yağış!
← Back