Biləyimdə yoxsan artıq..

ravanvalizada | Şeir | 2026-02-18 13:28:38

No ratings yet  ·  6 views

Biləyimdə yoxsan... bəlkə də belə
Ruhumu azadmı etmək istədin?
Mənim xatirəmi verərək yelə,
Sonuncu bağı da qırmaqmı istədin?
 
Barmaqlarım gəzir o boş yerini,
Sanki bir yaraya toxunur əlim.
İtirdim sevginin ən dərinini,
Taleyin hökmüdür, boşdur biləyim.
 
Gözünün rəngi də itdi onunla,
İlk dəfə əlindən tutduğum o an..
Mən necə barışım bu ağır sonla?
Axı o sən idin, sən idin inan.
 
Bəlkə də yoruldun xatirələrdən,
Özünü mənimlə aparmaq istədin.
Dilədin bu izi silib gedəsən,
Məni bu boşluqla sınamaq istədin.
 
Deyirdim, heç olmasa bu qalar mənə,
Gülüşün sığardı soyuq dəmirə.
İndi nə deyim ki, Tanrıya, sənə?
Daha gücüm çatmaz "dön" deməyə.
 
İndi nə bilərzik, nə də qoxun var,
Sanki bir röyaydı, oyandım bu gün.
Qolumda sızı, ruhumda qübar,
Mən səni tamamilə itirdim bu gün.
← Back