Mən qəribə, susqun, məğrur adamam

ravanvalizada | Şeir | 2026-02-17 12:17:55

No ratings yet  ·  10 views

Mən qəribə adamam bu həyatda,
Səs-küylü məclislərin tən ortasında,
Bağırıb-çığıranların arasında,
Susub öz içimə çəkilərəm mən.
 
Mən susqun adamam, dərd demərəm,
Yükümü çiynimdə səmirsiz daşıyım deyə,
Gedəndə arxamca qapı çırpılmasın deyə,
Bəzən də heç kəsi oyatmayım deyə
Ayaq səslərimi yüngülləşdirərəm.
 
Hələ yorğun adamam, ömrüm ahu-zar,
Dizlərim yorular, ruhum yorulmaz,
Yıxılsam torpağa, yenə qalxaram,
Yıxılıb qalmağı qəlbim ar sayar.
 
Mən məğrur adamam, əyilmərəm heç zaman,
Əzilib-qırılsam da yenə dik duraram,
Taleyin önündə sussam da hərdən,
Heç vaxt diz çöküb yalvarmaram mən.
 
Bir az kövrək adamam, tez yaralanan,
Sözün iti yeri canımı yaxar.
Üzümə təbəssüm çəkib dayanar,
Sevərəm, yanaram, bəlli deyilmi yenə?!
 
Mən qəribə adamam - sevəndə dərin,
Yarımçıq sevgini qəbul etmərəm.
Unuda bilməsəm bir İnciçiçəyin,
Adını dilimə gətirmərəm mən.
← Back