İnciçiçəyim
No ratings yet · 43 views
Bir axşam səssizcə doğdun içimdə,
Adını bilmədən qaldım seçimdə,
Sənsizliyin çökdü ağır biçimdə,
Yarım qalan şeir sən imiş, bildim.
Sözlərin niyə donur baxışlarında?
Nə sirr var yazılmış yanaqlarında.
Vaxt niyə dayanır addımlarında?
Zamanı keçmək də sən imiş, bildim.
Baxışın toxunanda bir yaz səhəri,
Gözlərə yazıldı könlümün yeri.
Ruhuma düşəndə bir İnciçiçəyi,
Sevgi dedikləri sən imiş, bildim.