Nə nəsəb bağlar məni, mən bu adlardan varam.
⭐ 5.0 · 11 views
Nə tac istər bu könül, nə səltənət umaram,
Bir lütf-i eşq yetər mənə, bu məhəbbətdə varam.
Əllərim xali görünər, sanma məni fəqir,
Mən mülk-i mənadan ucayam, öz həqiqətdə varam.
Hər kəs yük-i cahandan gileylənir fani dünyada,
Mən nə şöhrətə bəndəm, nə bu surətdə varam.
Sözüm kəm olar, lakin sükutum min bəyan,
Əhli-eşq sirrində mən bu sükutda varam.
Dövran gəzər, könüllər bir-birindən düşər cüda,
Vəfa bu zəmanda nadir, mən sədaqətdə varam.
Bir könül fəthi dəyər yüz diyara, yüz şəhrə,
Taxtü-tac fani imiş, mən bu hikmətdə varam.
Mən Vəliyəm – nə şahzadə, nə Avniyəm,
Nə nəsəb bağlar məni, mən bu adlardan varam.
@Ravan Vali
perfect...